Oxu günü tədbiri
29 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzinin parkında Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə "Oxu Günü" tədbiri keçirilib. Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır. “Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan “Oxu Günü”ndə tanınmış yazıçı və şairlər, paytaxtın müxtəlif ümumtəhsil məktəb şagirdləri, həmçinin 27 nömrəli məktəbin şagirdləri ədəbiyyat müəllimi Səkinə Novruzlu ilə birlikdə maraqlı təqdimatlarla çıxış ediblər. Məktəbimizin şagirdləri H.Cavid və M.Bulqakov yaradıcılığına müraciət etmiş,"İblis" və "Master və Marqarita" əsərlərində İblislə Mələyi canlandıraraq onları ideya baxımından qarşı-qarşıya qoymuş, maraqlı debat hazırlamışlar. Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilmişdir.