"Xocalıya ədalət"
Xocalı faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış bir səhifədir.O qanlı faciədən 25 il keçməsinə baxmayaraq dünya bu ədalətsizliyə susmuş və günahkarlar öz layiqli cəzalarını almamışdır. Xocalı faciəsinə düzgün qiymət vermək və günahkarları cəzalandırmaq üçün sülhsevər,tərəqqipərvər qüvvələr birləşməli,bu dəhşətli faciənin bir daha baş verməməsi üçün öz sözünü deməlidir. Bu məqsədlə 13 aprel 2017-ci ildə H.Əliyev Fondu və “Xocalıya ədalət”kampaniyasının,Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və 27 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri ilə təqdimat keçirilmişdir.Təqdimat zamanı fondun nümayəndəsi Cavid Məmmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışmış,Xocalı soyqırımının başvermə səbəbləri,böyük bir şəhərin bir gecədə yerlə yeksan olunması,sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi haqqında mühazirə oxunmuş və sənədli film nümayiş etdirilmişdir. Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılıb. Şagirdlər “Xocalıya ədalət”kompaniyasına səs verərək,soyqırımla bağlı etiraz xarakterli çıxışlar etmiş,onları maraqlandıran suallara cavab almışlar.