31 mart Azərbaycanlıların soyqırımı gününü yad edək

Bakı şəhəri Təhsil İdarəsinin fəaliyyət planına əsasən 1.3.16 bəndinə uyğun olaraq, 31 mart soyqırımı ,şagirdlərimizdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması ,tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə 27 saylı tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımıla əlaqəli sənədli film izlənilib.Məktəbin direktoru C.Ramazanova Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tarixindən danışaraq, tədbir iştirakçılarına ermənilər tərəfindən xüsusilə 1905-1907-ci illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş minlərlə azərbaycanlının xüsusi amansızlıqla qətlə yetirilməsi, on minlərlə insanın evlərindən didərgin düşməsi barədə məlumat verdi.Tədbirdə məktəbin tarix müəllimi Sevda Novruzova da çıxış edərək həmçinin erməni millətçiləri tərəfindən soyqırım siyasətinin bu gün də davam etdiyini qeyd etdi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə xüsusi seçilən vəhşiliklər haqqında məlumatlar verdi.Şagirdlər xüsusilə də aprel döyüşlərində şəhid olan əsgərlərini yad etdilər.Tədbirin sonunda sənədli materiallarla zəngin video rolik nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi