“Kiçik Akademiya”ların V hesabat konfransı keçirildi!

“Kiçik Akademiya”ların V hesabat konfransı keçirildi!
23 may 2025-ci il tarixində Xətai rayonunun ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların V hesabat konfransı 165 nömrəli tam orta məktəbdə baş tutdu. Tədbirin təşkilatçısı 27 nömrəli tam orta məktəb, ev sahibi isə 165 nömrəli məktəb oldu.
Konfransda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsmayılova, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının məsləhətçisi Fidan Əliyeva, 27 nömrəli tam orta məktəbin direktor əvəzi Xatirə Əhmədova, Xətai rayonu "Kiçik Akademiya" mərkəzinin rəhbəri Namiyə Hacıyeva, 257 nömrəli tam orta məktəbin direktoru Ruslan Nağıyev, Xətai rayon məktəblərinin “Kiçik Akademiya” rəhbərləri, 165 nömrəli məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Tədbir Dövlət Himni və şəhidlərin xatirəsinin anılması ilə başladı.
Məktəbin direktor əvəzi Valeh İsmayılov konfransı açaraq, şagirdlərin elmi bacarıqlarının üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini vurğuladı.
27 nömrəli məktəb Kiçik Akademiyanın mərkəzi olaraq il ərzində görülən işlər, nailiyyətlər və gələcək hədəflərlə bağlı təqdimatla çıxış etdi. Şagirdlər isə müxtəlif sahələr üzrə elmi-tədqiqat işlərini təqdim etdilər və maraqla qarşılandılar.
Tədbirin bədii hissəsi – şeir, musiqi və rəqs nömrələri isə konfransa xüsusi rəng qatdı və alqışlarla qarşılandı.
Elm, yaradıcı düşüncə və milli dəyərlərin bir araya gəldiyi bu tədbir, gələcəyin alimlərini və liderlərini bir daha səhnəyə çıxardı.