Pedaqoji Şura iclası keçirildi.

27 saylı tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi.
Tarix: 15.05.2025
İclasın gündəliyində duran mövzular ətrafında geniş müzakirələr aparıldı:
Dərslərdə şagird davamiyyətinə nəzarətin gücləndirilməsi;
Milli vətənpərvərlik hissinin aşılanması;
Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili.
Bununla yanaşı:
17–18 may tarixlərində IV və VI siniflərdə keçiriləcək monitorinq;
Tədris ilinin sonunda bütün siniflərdə baş tutacaq BSQ imtahanları ilə bağlı tapşırıqlar verildi.
Təhsildə keyfiyyətin artırılması məqsədilə yeni hədəflər müəyyən olundu.
İclasın ən yaddaqalan məqamı:
“Ölkələri tanıyaq və tanıdaq” layihəsində fəallıq göstərən müəllimlərimiz Diplomla təltif olundu!
Bu layihə vasitəsilə şagirdlər:
Müxtəlif ölkələr haqqında biliklərini artırır;
Tədqiqat, təqdimat və yaradıcı bacarıqlarını inkişaf etdirir;
Dünyagörüşlərini genişləndirirlər.
Layihədə fəallıq göstərərək şagirdlərin inkişafına töhfə verən müəllimlərimiz məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Təhsildə uğur yolunda birgə addımlayır,nailiyyətlərimizi paylaşmaqdan məmnunluq duyuruq!