“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya YOX deyək!”

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya YOX deyək!”

08.05.2025-ci il tarixində Xətai Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 27 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirici görüş keçirildi.

Tədbiri məktəbin direktor əvəzi Xatirə Əhmədova açaraq qonaqları təqdim etdi və daha sonra zərərli vərdişlərlə mübarizənin vacibliyini vurğuladı.

Çıxış edən Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki Vaqif Müslümov, şəxsi heyyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmov və Narkoloji Dispanserin həkim-narkoloqu Günay Əsgərova narkomaniyanın fəsadları və bu bəla ilə mübarizə yolları barədə danışdılar.

DİN tərəfindən hazırlanmış maarifləndirici videoçarx nümayiş olundu, şagirdlərin sualları cavablandırıldı.

Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi