“Zəkaların Mübarizəsi”

10 “A” sinif şagirdi Axundzadə Günel Məmmədhüseyn qızı “Zəkaların Mübarizəsi” olimpiadasında Bakı şəhəri üzrə Xətai rayonunu və məktəbimizi uğurla təmsil edərək 1-ci yerin qalibi olub!
İlk olaraq məktəblərarası Seçilmə mərhələsində, daha sonra isə Regional mərhələdə bacarıqla iştirak edən Günel, 11 oyundan 9,5 xal toplayaraq zirvəyə yüksəldi. Bu əzmkarlıqla o,may ayında keçiriləcək Final mərhələsinə vəsiqə qazandı.
Zəka, əzm və iradə bir araya gələndə belə möhtəşəm nəticə qaçılmazdır!
Günelə finalda uğurlar arzulayırıq və bu nailiyyətdə əməyi keçən bütün müəllimlərə təşəkkür edirik!