Uğurlu gələcək üçün ilk addımlar atıldı

9 mart 2025-ci il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri artıq elan olunub. Sevinc və fəxarətlə bildiririk ki, məktəbimizin tam 50 şagirdi bu imtahanda 200 baldan yüksək nəticə əldə edib!
Bu uğur – zəhmətin, əzmin və birgə əməkdaşlığın parlaq göstəricisidir!
Hər bir şagirdimizi bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edirik!
Eyni zamanda əziz müəllimlərimizə və valideynlərə – verdikləri dəstəyə, səbrə və əzmkarlığa görə təşəkkür edirik. Bu qələbə hamımızındır!
Uğurlu gələcək üçün ilk addımlar atıldı – daha böyük hədəflərə doğru inamla irəliləyirik!