"Konstitusiya və Suverenlik İli"

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi münasibətilə məktəbimizdə inşa-esse müsabiqəsi keçirildi.

Bu müsabiqə şagirdlərimizin hüquqi biliklərini, vətənə bağlılıqlarını və yaradıcılıqlarını ifadə etmələri üçün möhtəşəm fürsətə çevrildi.  Qürurverici haldır ki, rus bölməsinin 3 şagirdi bu müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri qazanaraq, həm istedadlarını, həm də vətəndaşlıq mövqelərini yüksək səviyyədə nümayiş etdirdilər. 

Qaliblərimiz:

 Məmmədli Günay – 8 "d" sinfi – I yer

 Əliyeva Mehrin – 8 "ç" sinfi – II yer

 Həsənli Naciyə – 9 "d" sinfi – III yer

 Müsabiqənin qiymətləndirilməsində obyektivliyi, zövqü və ədalətli yanaşması ilə seçilən münsiflər heyətinin üzvləri – Səkinə Novruzova və Sevda Novruzovaya dərin təşəkkürümüzü bildiririk. 

 Eyni zamanda bu prosesdə əməyi, dəstəyi və rəhbərliyi olan bütün müəllimlərimizə sonsuz təşəkkür edirik.

Qaliblərimizi bir daha təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi