Beynəlxalq Uşaq Kitabı Günü
2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür.
Bu gün 1967-ci ildən etibarən hər il uşaqlarda kitab oxumağa maraq yaratmaq və uşaq ədəbiyyatını təbliğ etmək məqsədilə qeyd edilir. Tarixin seçilməsi isə dünyaca məşhur Danimarka nağıl yazıçısı Hans Xristian Andersenin doğum günü ilə bağlıdır.
«Su pərisi», «Çaxmaq daşı», «Noxud üstündə şahzadə», «Düyməcik», «Çirkin ördək balası» kimi nağılları ilə məşhur olan danimarkalı müəllifin kitabları indiyədək uşaqlar tərəfindən böyük həvəslə oxunur.
Məhz nağıllar sayəsində uşaqlar dünyanı dərk etməyi, hadisələri düzgün şərh etməyi, təhlil etməyi və çətin şəraitdən çıxış yolu axtarmağı öyrənirlər.
Bu günü qeyd etmək üçün kitab oxumaq, uşaqlar üçün nağıl saatları təşkil etmək və ya yeni uşaq kitabları almaq gözəl bir fikirdir. https://www.facebook.com/share/r/16PDT6dRtD/