“ Mədəniyyət Günləri “Ölkələri Tanıyaq və Tanıdaq
Mart ayında 27 saylı tam orta məktəbdə müxtəlif ölkələrin təhsil sistemi, mədəniyyəti, mətbəxi, incəsənəti və.s nümayiş olunan tədbirlər təşkil edildi.
Tədbirlər çərçivəsində şagirdlər və müəllimlər:
Fərqli ölkələrin mədəni irsi və adət-ənənələri ilə tanış oldular;
Milli mətbəx nümunələrindən dadaraq müxtəlif ləzzətləri kəşf etdilər;
Xarici ölkələrin təhsil sistemi haqqında geniş məlumat əldə etdilər.
Bu tədbirlər şagirdlərə dünya xalqlarının zəngin mədəniyyətini daha yaxından tanımağa, fərqli ölkələrin təcrübəsindən öyrənməyə və multikultural dəyərləri mənimsəməyə imkan yaradır.