"Rəqəmsal Bacarıqlar"

Təhsil Nazirliyi və Training Plus MMC-nin birgə həyata keçirdiyi "Rəqəmsal Bacarıqlar" layihəsi çərçivəsində Bakı məktəblərinin 5-8-ci sinif şagirdləri üçün maraqlı və maarifləndirici təlimlər təşkil olunub.
Təlimlər zamanı şagirdlər rəqəmsal savadlılıq, kibertəhlükəsizlik, kibercinayətlər, kiberbullinq və rəqəmsal vətəndaşlıq mövzularında dəyərli biliklər əldə ediblər. Mövzular interaktiv müzakirələr, komanda işləri və maraqlı buzqıran oyunlarla daha da əyləncəli və anlaşılan şəkildə təqdim olunub.
Təlimlərdən sonra iştirakçılara xatirə bukletləri paylanıb və onların uğuru sertifikatlarla qeyd edilib.
Bu faydalı və motivasiyaedici təlimlər Günay İbrahimova tərəfindən keçirilib. Gənc nəslin rəqəmsal dünyada daha təhlükəsiz və məlumatlı olması üçün belə təşəbbüslərin davamlı olması vacibdir!