"Yaşıl Dünya və İnklüziv İdman"

Xətai rayonu 27 nömrəli tam orta məktəbin müəllim və şagirdlər heyəti "Yaşıl Dünya və İnklüziv İdman" layihəsində iştirak edir!

 Sağlamlıq imkanları məhdud uşaqların qatıldığı inkluziv idman yarışları təşkil edilib. Bu yarışda məktəbimizi fiziki tərbiyə müəllimi Emil Qaybalıyev və 7ç sinif şagirdləri təmsil edib.Bu kimi yarışların təşkil olunmasında məqsəd bu kateqoriyadan olan uşaqların idmana marağının artırılması, onlar arasında bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

 Biz inanırıq ki, bu layihə sağlam həyat tərzinin inkişafına, inklüziv mühitin gücləndirilməsinə və şagirdlərin həyat fəaliyyətinə müsbət təsir göstərəcək.

 Layihəyə dəstək olan hər kəsə təşəkkür edirik!     https://www.facebook.com/share/r/14wnidZmgs/

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi