Əməyin qiymətləndirilməsi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri 27 nömrəli tam orta məktəbin bir neçə müəllimi gənc nəslin təlim-tərbiyəsində əldə etdikləri nailiyyətlərə görə hədiyyələrlə təltif olunub.
Bununla yanaşı, işində məsuliyyətli olan bir neçə texniki heyət üzvü və laborant da hədiyyələrlə mükafatlandırılıb.
Təltif olunan kollektiv üzvləri göstərilən qayğı və diqqətə görə rəhbərliyə minnətdarlıqlarını bildiriblər.