PMI layihəsinin növbəti uğurlu nəticəsi

PMI layihəsinin növbəti uğurlu nəticəsi
Layihələrin idarə edilməsi İnstitutu Təhsil Fondunun (Project Management İnstitute Educational Foundation) dəstəyi və İnstitutun Cənubi İtaliya Nümayəndəliyinin təşkilatçılığı ilə gənc nəslin layihələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə İtaliya və Azərbaycanın qatıldığı "Project Management Skills for Life" (PMS4L) adlı beynəlxalq təhsil layihəsinin bağlanış mərasimi fevralın 11-də 191 nömrəli tam orta məktəbdə baş tutdu.
Layihədə Azərbaycandan 27 nömrəli tam orta məktəb, 191 nömrəli tam orta məktəb, 2 nömrəli Texniki-Humanitar lisey, Sumqayıt İdrak liseyi ilə yanaşı İtaliya, İspaniya, Gürcüstan, Türkiyənin orta məktəb şagirdləri iştirak edirdilər.
"Project Management Skills for Life" adlı beynəlxalq layihədə şagirdlər onlayn görüşlər vasitəsilə onlara verilən mövzu üzrə layihələrin təqdimatını hazırlamış və müəyyən olunan vaxt çərçivəsində portala yerləşdirmişlər. Daha sonra layihənin təqdimatını zoom platforması vasitəsi ilə xarici ekspertlərə təqdim etmişlər.
Məqsəd şagirdləri tənqidi düşünməyə,problem həll etməyə və komandada işləməyə təşviq etməkdir.
Qeyd edək ki,layihəyə ingilis dilində yüksək yazı və danışıq qabiliyyəti olan şagirdlər seçilmişdir. Şagirdlər və mentor müəllim layihənin sonunda beynəlxalq sertifikatlarla təltif olunublar. Layihədə komandamızın mentoru məktəbin ingilis dili müəllimi İlahə Novruzovadır.
Layihə komandasına təşəkkür edir və iştirakçı şagirdlərə uğurlar uğurlar arzu edirik.