Uğurlarımız silsiləsindən

Məktəbimizin şagirdləri:
Hüseynzadə Eyvaz Kopernik Olimpiadasında yüksək bilik nümayiş etdirərək gümüş medala layiq görülmüşdür;
İsmayılov Raul və Hüseynzadə Eyvaz SASMO (Singapore and Asian Schools Math Olympiad – Sinqapur və Asiya Məktəbləri Riyaziyyat Olimpiadası) yarışında yüksək nəticə göstərərək məktəbimizin adını ucaltmışlar;
Hacıyeva Leyla Molla Nəsrəddin mövzusunda keçirilən rəsm müsabiqəsində 47 məktəb arasında ilk altılıqda yer almışdır.
Xəlilova Mədinə Anar qızı "Bilik Yarışı 3" müsabiqəsində yüksək nəticə göstərərək medal qazanmışdır.
İbrahimova Emilya Azər qızı bilik yarışında yüksək nəticə göstərərək sertifikata layiq görülmüşdür.
Qaraxanlı Adel İlyas qızı “ Grandpiano” beynəlxalq müsabiqəsində 3-cü yerə layiq görülmüşdür.
Şagirdlərimizi bu möhtəşəm nailiyyətlərinə görə səmimi qəlbdən təbrik edirik. Onlara gələcək yarışlarda və yaradıcılıq müsabiqələrində daha böyük uğurlar arzulayırıq!