YAP-ın hesabat seçki yığıncağı

2025-ci il fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Yusif Səfərov küçəsi 11 ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev müasir, müstəqil və qalib Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, bu uğurların qazanılmasında cənab Prezident İlham Əliyevin sözləri ilə desək - ümumxalq partiyasına çevrilən YAP-ın yeri və rolundan bəhs edib. O bildirib ki, qurucusu, yaradıcısı və təşkilatçısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından şərəflə çıxmış, qüdrətlənmiş, böyük siyasi qüvvəyə çevrilmişdir.

Yığıncaqda çıxış edən YAP üzvü Xatirə Əhmədova qeyd edib ki, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. O vurğulayıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir.

Tədbirdə Yusif Səfərov küçəsi 11 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Zülfiyyə Qafarovanın hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab olunub.

Sonra təşkilatı məsələlərə baxılıb. Xatirə Əhmədova YAP Xətai rayon təşkilatının Yusif Səfərov küçəsi 11 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Zülfiyyə Qafarova isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev yeni tərkibi təbrik edib və onlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi