"Uşaq folkloru"na həsr olunmuş maraqlı və rəngarəng bir tədbir keçirildi.

https://fb.watch/xC7mC8dnJ-/ 23 dekabr 2024-cü il tarixində məktəbimizin müəllimi Afaq Hacıyeva tərəfindən rus bölməsində təhsil alan 4 ç sinif şagirdləri ilə birlikdə "Uşaq folkloru"na həsr olunmuş maraqlı və rəngarəng bir tədbir keçirildi.
Şagirdlər fərqli geyimlərdə çıxış edərək qədim nağıllar, tapmacalar və lətifələr təqdim etdilər. Rus bölməsində təhsil almaqlarına baxmayaraq, şagirdlərimiz dövlət dilimizdə çoxşaxəli folklorumuzun incilərini səsləndirdilər, nağılların sehrli dünyasına dalaraq musiqi ilə qəlbləri fəth etdilər. Həmçinin uşaqlar arasında folklor oyunları keçirildi-bu oyunlar həm əyləncəli, həm də öyrədici idi.
Bu cür tədbirlər, həm milli mədəniyyətimizi yaşatmaq, həm də uşaqlarda vətənə, dövlət dilimizə sevgi hissini gücləndirmək baxımından çox əhəmiyyətlidir