Böyük Summativ Qiymətləndirmələrə start verilib.

13 yanvar 2025-ci il tarixindən etibarən 27 nömrəli tam orta məktəbdə Böyük Summativ Qiymətləndirmələrə start verilib.
Məktəbin illik tədbirlər planına uyğun olaraq V-XI siniflər üzrə Böyük Summativ Qiymətləndirmələrə başlanılıb. Qiymətləndirmələr zamanı şagirdlərin bilik və bacarıqlarını təhlil etmək məqsədilə müvafiq standartlara əsaslanan tapşırıqlar təqdim edilib.
Qiymətləndirmələr məktəbdaxili mərkəzləşdirilmiş formada təşkil olunur və prosesin şəffaflığını təmin etmək üçün xüsusi nəzarət mexanizmi yaradılıb.
BSQ-lər zamanı şagirdlərin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilir, onların inkişaf səviyyəsi və fənn nəticələri təhlil edilir.
Şagirdlərimizə imtahanlarda uğurlar arzulayırıq və əldə edilən nəticələrin onların inkişafına töhfə verəcəyinə inanırıq