Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının nümayəndələrinin iştirakı ilə IX-XI sinif şagirdləri üçün maraqlı və maarifləndirici görüş keçirildi.

9 yanvar 2025-ci il tarixində Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının nümayəndələrinin iştirakı ilə IX-XI sinif şagirdləri üçün maraqlı və maarifləndirici görüş keçirildi.

 Görüşün əsas məqsədi gəncləri DİN sistemində təhsil almağa və xidmət etməyə təşviq etmək, onlarda dövlətə və vətənə bağlılıq ruhunu aşılamaq idi. Tədbir zamanı Polis Akademiyasına qəbul qaydaları, tələb olunan bilik və bacarıqlar, eləcə də akademiyada mövcud olan müasir maddi-texniki baza haqqında ətraflı məlumat təqdim olundu. Şagirdlər, həmçinin tədris proqramları, gələcək karyera imkanları və sosial təminatlar barədə geniş məlumat əldə etdilər.

 Bundan əlavə, tədbirdə dövlətə və vətənə sadiq vətəndaş olmağın əhəmiyyəti vurğulandı. Şagirdlərə intellektual və fiziki hazırlıqlarını artırmaq üçün daim öz üzərlərində çalışmağın, həmçinin mənəvi dəyərləri qorumağın vacibliyi izah edildi.

 Şagirdlər Polis Akademiyasına qəbul prosesi ilə bağlı suallarını verərək ətraflı və peşəkar cavablar aldılar. Görüş hüquq-mühafizə orqanlarına marağı artırmaq, bu sahəyə doğru istiqamət vermək baxımından böyük əhəmiyyət kəsb etdi. Belə maarifləndirici tədbirlər gənclərin milli ruhda formalaşmasına və gələcəkdə dövlətçiliyə sadiq peşəkar kadrların yetişdirilməsinə töhfə verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi