“Yol hərəkətinin təhlükəsizliyi”,
Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?
Bakı şəhəri 27 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı çərçivəsində “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrətməli?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Pərvanə Muradova, layihənin əməkdaşları, məktəb heyəti və şagirdlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdləri yol hərəkəti qaydaları və təhlükəsizliklə bağlı məlumatlandırmaqdır.
Çıxışçılar məktəblilərə “Yol hərəkətinin təhlükəsizliyi”, “Yol hərəkəti qaydalarına riayət edək”, “Diqqət uşaqlar!” mövzusunda təlim keçiblər.
Təlim 6-cı sinif şagirdlərini əhatə edib.