“Açıq qapı” günü təşkil edildi.
21 dekabr 2024-cü il tarixində 27 nömrəli tam orta məktəbdə məktəb-valideyn əməkdaşlığını əks etdirən “Açıq qapı” günü təşkil edildi.
Görüşün məqsədi valideynlərlə məktəb arasında sıx əməkdaşlıq qurmaq, onları təhsil prosesinə cəlb etmək və şagirdlərin təlim-tərbiyəsində daha səmərəli nəticələr əldə etməkdir. Eləcə də güclü müəllim- şagird- valideyn üçbucağını yaratmaqla dəstəkləyici və effektiv təlim mühitinin yaradılmasını təmin etməkdir. Müəllimlər, şagirdlər və valideynlərin birgə səyi ilə hər bir şagirdin hərtərəfli inkişafını və təhsil artımını təmin edən vahid cəbhə yaratmaqdır.
Görüş zamanı məktəb rəhbərliyi və müəllimlər tərəfindən valideynlərə məktəbin təhsil strategiyası, fənn proqramları və şagirdlərin inkişafına yönəlik tədbirlər barədə ətraflı məlumat verildi. Valideynlərin rəyləri və iradları diqqətlə dinlənildi.
Görüş zamanı məktəb rəhbərliyi valideynləri təhsilin keyfiyyətinin artırılmasında daha fəal rol oynamağa, müəllimlərlə mütəmadi ünsiyyət qurmağa və cəmiyyətin gələcəyi olan uşaqların sağlam əhvali-ruhiyyəli, müasir düşüncəli şəxsiyyətlər kimi formalaşmasına dəstək olmağa dəvət etdi.