“Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirildi.

13 dekabr 2024-cü il tarixində məktəbin 7E sinif şagirdləri arasında növbəti dəfə “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirildi.

 İctimai Televiziyada yayımlanan

“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, tanınmış jurnalist və 2003-cü ildə “İlin Adamı” adına layiq görülmüş Rövşən Əsgərovun aparıcılığı ilə təşkil olunan yarış şagirdlər üçün maraqlı və unudulmaz anlarla yadda qaldı.Rövşən Əsgərov oyunu böyük həvəslə idarə edərək iştirakçıları daha da ruhlandırdı.

 Gərgin mübarizə şəraitində keçən oyunda qalib komanda kubokla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi