Uğurlarımız silsiləsindən
3f sinif şagirdi Musa Yusif, dünyanın 35 ölkəsindən 890 komandanın iştirak etdiyi və Estoniyanın Tallin şəhərində keçirilən, dünyanın ən böyük robotexnikası çempionatı hesab olunan "Robotex International"ın dünya finalında birincilik qazanmışdır. O, vətənə qalibiyyətlə dönən yeganə Azərbaycanlı şagirddir.
4a sinif şagirdi Bədəlzadə Ağa gimnastika (batut) üzrə keçirilən yarışlarda I, II və III yerlərə layiq görülmüşdür.
4 d sinif şagirdi Əsgərov Akif Rəşad oğlu yeniyetmə cüdoçular arasında keçirilən açıq birincilikdə 42 kq. çəki dərəcəsində I yerə layiq görülmüşdür.
5e sinif şagirdi Məmmədli Mehin Azərbaycan Gənclər İttifaqının İncəsənət Şöbəsi tərəfindən təşkil olunan VIII Beynəlxalq Musiqi Festivalı və rəsm müsabiqələrində iştirak edərək qalib olmuşdur.
2a sinif şagirdləri Yaradanqulu Qasım oğlu və Həsənli Ümid güləş üzrə keçirilən yarışlarda I yerə layiq görülmüşlər.