“Naxçıvan - Nəqşi-Cahan”

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.
Bu əlamətdar hadisənin qeyd edilməsi məqsədilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2023-cü il tarixində "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalamışdır.
Sərəncama əsasən dekabr ayı ərzində "Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Hər iki bölmənin IX sinifləri arasında bu gün keçirilən “Naxçıvan - Nəqşi-Cahan” adlı bilik yarışının əsas məqsədi şagirdlərə Naxçıvan Muxtar Respublikasının zəngin tarixi, mədəniyyəti və müasir inkişafını daha dərindən tanıtmaqdır. Bununla yanaşı, yarışlar şagirdlərin liderlik bacarıqlarını, komanda işində əməkdaşlıq qabiliyyətlərini və ictimai çıxış vərdişlərini inkişaf etdirməyə kömək edir.
Yarışın qalibi olan 9b və 9d sinif şagirdlərinə xüsusi kuboklar təqdim edildi. Həmçinin bu uğurlu nəticələrə görə şagirdləri yarışa hazırlayan dəyərli müəllimlərimizə dərin təşəkkürümüzü bildiririk!