“Dünyanı Dəyiş – Change the World” şüarı ilə layihəyə qatılıb.

Uğurlarımız silsiləsindən

 2024-cü il 21 və 23 noyabr tarixləri aralığında Parisdə UNESCO-nun qərargahında 40-dan artıq ölkədən 500-dən çox iştirakçının qatıdığı tədbirdə “Change the World” layihəsinə ölkəmizdən 30 nəfər gənc beynəlxalq əməkdaşlıq, təhsil, elm, mədəniyyət və kommunikasiya kimi mövzuları əhatə edən qlobal problemlərin müzakirəsində iştirak edib.

 “Change the World Model United Nations” təşkilatçıları Azərbaycan təmsilçilərindən məktəbimizin 10a sinif şagirdi Ayan Vəlizadəni “fəxri iştirakçı” (Honorable Mention) kimi qiymətləndiriblər.

 Şagirdimiz “Dünyanı Dəyiş – Change the World” şüarı ilə layihəyə qatılıb. Məqsəd gəncləri beynəlxalq siyasət proseslərinə cəlb etmək və onlara qlobal diplomatiya bacarıqları öyrətməkdir. Tədbir iştirakçıları "game changers" (dəyişiklik yaradıcıları) mövzusunda müxtəlif simulyasiyalarda iştirak edərək mühüm qlobal problemlərin həlli yollarını müzakirə ediblər.

 Şagirdlərimiz bu tədbir vasitəsilə qərar qəbuletmə, diplomatik müzakirə, beynəlxalq əməkdaşlıq və qlobal siyasət proseslərinin iş prinsiplərini dərindən anlamaq fürsəti əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi