"Məktəblinin dostu" layihəsinin dəstəyi ilə IV siniflərdə təhsil alan şagirdlərlə maarifləndirici görüş keçirildi.
Bu gün daha bir maarifləndirici görüş oldu
Kiberbullinq məktəblilərin həyatına mənfi təsir edən ciddi sosial problemlərdən biridir. Bu mövzu ilə bağlı tədbirlər təşkil etmək, şagirdləri maarifləndirmək və bu problemin qarşısını almaq məqsədilə "Məktəblinin dostu" layihəsinin dəstəyi ilə IV siniflərdə təhsil alan şagirdlərlə maarifləndirici görüş keçirildi.
Kiberbullinqin nə olduğu, onun təsirləri və hüquqi nəticələri barədə ətraflı məlumat verildi.
Şagirdlərə özlərini bu cür hallardan necə qorumalı, kiberbullinq zamanı necə davranmalı və emosional təsirlərin öhdəsindən necə gəlmək lazım olduğu izah edildi.
Şəxsi məlumatlarını necə qorumaq və sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları haqqında da geniş məlumat verildi.