“Birinci Dünya Müharibəsi” və” Ətraf mühitdə yaranmış ekoloji vəziyyət”

03.12.2024-cü il tarixində məktəbimizin tarix müəllimi Novruzova Sevda və coğrafiya müəllimi Salmanova Fatimənin təqdimatında 9 b sinfində “Birinci Dünya Müharibəsi” vəƏtraf mühitdə yaranmış ekoloji vəziyyət” mövzusunda inteqrativ dərs keçirildi.

Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə Birinci Dünya Müharibəsi zamanı baş verən hadisələrin səbəb və nəticələrini araşdırmaq və bu hadisələrin ətraf mühitə təsirini qiymətləndirmək idi.

Dərs I Dünya müharibəsi ilə əlaqəli video rolik ilə başladı.

Şagirdlər dərs zamanı QRbot veb-2 alətindən istifadə etməklə hazırlanan tapşırıq linkinə daxil oldular.

https://www.canva.com/ proqramında hazırlanmış tapşırıq qrup şəklində şagirdlər tərəfindən yerinə yetirilərək müzakirə olundu.

Daha sonra əldə olunan nəticələr coğrafiya fənni ilə əlaqələndirildi. Müharibədə istifadə olunan texnologiya və silahların təbiətə təsirlərindən danışıldı.

Daha sonra şagirdlər

https://learningapps.org/ proqramında hazırlanmış coğrafiya fənninə aid tapşırıqları yerinə yetirdilər.

Refleksiya mərhələsində

https://kahoot.com/ proqramında hazırlanmış tapşırıqlar şagirdlərə təqdim olundu. Qrup şəklində tapşırıqlar yerinə yetirildi və qiymətləndirmə aparıldı.

Sonda əldə olunan məlumatları ümumiləşdirərək nəticə şəklində təqdim etmək üçün rollu oyun təşkil olundu. Rollu oyun COP29 tədbiri ilə əlaqələndirilərək, hər qrupdan 1 nəfər nümayəndə seçildi. Şagirdlərə on il sonra COP39 konfransı yenidən ölkəmizdə keçirilərsə siz hansı ölkənin nümayəndəsi kimi çıxış edərsiz və iqlim dəyişmələri,ətraf mühitin qorunması ilə mübarizədə hansı həll yolları təklif edərsiz? sualı ilə müraciət olundu. Şagirdlər mövzu ilə əlaqəli maraqlı təklif və ideyalarını irəli sürdürlər.

Sonda “Biz dəyişək,təbiət dəyişməsin” şüarı ilə dərsi yekunlaşdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi