“Mən hansı prosesi qiymətləndirmə adlandırıram?”

Müasir təhsil sisteminin hər bir fərdi üçün əsas səriştələrdən biri ömürboyu öyrənmədir. Bu bacarığa sahib olmadan təhsildəki yeniliklərlə və inkişafla uyğunlaşmaq mümkün olmaz. Məhz bu baxımdan 02.11.2024-cü il tarixində Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Xatirə Əhmədova tərəfindən dəvət olunmuş Sumqayıt şəhəri, “İdrak” liseyinin direktoru Xuraman Şabaninin təqdimatında “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda “Mən hansı prosesi qiymətləndirmə adlandırıram?”, “Formativ və summativ qiymətləndirmənin incə məqamları”, “İlkin səviyyənin qiymətləndirməsinin spesifik cəhətləri”, “Müşahidə vərəqləri ilə işin təşkili”, “Qiymətləndirmənin nəticələrindən strategiyanın formalaşdırılmasında müvafiq istifadə” mövzuları üzərində fərdi və qruplar şəklində tapşırıqlar işlənmiş, fikir mübadiləsi aparılmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi