COP-29 çərçivəsində “Regional İnkişaf”

"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq COP-29 çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə həyata keçirilən “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblilər arasında ümumrespublika layihə müsabiqəsi keçirilir.

VI-IX sinif şagirdləri üçün nəzərdə tutulan müsabiqədə Namiyə Hacıyevanın rəhbərliyi ilə məktəbimizin şagirdləri də iştirak etmişlər. Layihənin məqsədi bütün dünyanı narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə məktəbliləri maarifləndirmək, onları bu problemin həllində iştiraka və sağlam gələcək naminə ideyalarını bölüşərək həllər irəli sürməyə təşviq etməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi