Beynəlxalq Layihə

Beynəlxalq Layihə PMS4L WEB-İ

International Edition-5th-October-2024

25 oktyabr tarixində Layihələrin idarə edilməsi İnstitutu Təhsil Fondunun (Project Management İnstitute Educational Foundation) dəstəyi və İnstitutun Cənubi İtaliya Nümayəndəliyinin təşkilatçılığı ilə gənc nəslin layihələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması məqsədilə İtaliya və Azərbaycanın qatıldığı "Project Management Skills for Life" (PMS4L) adlı beynəlxalq təhsil layihəsinin açılış mərasimi baş tutdu.

27 nömrəli məktəbin təşkilatçılığı ilə, Bakıdan 191 nömrəli məktəbin və 2 nömrəli Texniki-Humanitar liseyinin şagirdləri, Sumqayıtdan isə İdrak liseyinin şagirdləri açılışda iştirak etdilər. Layihədə İtaliya, İspaniya, Portuqaliya, Türkiyə, Gürcüstanın orta məktəb şagirdlərinin birlikdə əməkdaşlığı ilə yeni

"Project Management Skills for Life" adlı beynəlxalq layihəsinə başladıq.

Layihədə şagirdlər online görüşlər vasitəsilə onlara verilən mövzu üzrə layihələrin təqdimatını hazırlamalı və müəyyən olunan vaxt çərçivəsində portala yerləşdirməlidirlər.Məqsəd şagirdləri tənqidi düşünməyə,problem həll etməyə və komandada işləməyə təşviq etməkdir.

Layihənin idarə olunması bacarıqlarının formalaşdırılması şagirdlərə öyrənmələrinə nəzarət etməyə imkan verəcək.

Onlar məqsəd qoyur, vaxtlarını idarə edir və layihəni təkmilləşdirərək, öz-özünə öyrənməni təcrübə edirlər.

Qeyd edək ki,layihəyə ingilis dilində yüksək yazı və danışıq qabiliyyəti olan şagirdlər seçilmişdir.

Layihə komandalarına uğurlar arzu edir, növbəti illərdə bu cür önəmli təşəbbüslərin sayının artacağına inanırıq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi