“Yaşıl dünya naminə həmrəylik ili”

https://www.facebook.com/reel/525818717003992Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məktəbimizdə də müəyyən işlər aparılır.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri arasında “Yaşıl dünyanı tanıyaq və tanıdaq” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi məqsədilə məktəbin Coğrafiya müəllimi Turanə Mirzəyeva 8 b sinif şagirdləri ilə birlikdə dəyirmi masa keçirdi.Debat zamanı təbiətin sirləri ilə tanışlıq,ətraf mühitin mühafizəsi ,qlobal iqlim dəyişiklikləri müzakirə edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi