Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili
https://fb.watch/vE5IFLvd_R/Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məktəbimizdə şagirdlərimizin maraq, meyl və bacarıqlarının, yaradıcı qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri məqsədilə onların dərsdənkənar vaxtlarının düzgün şəkildə keçirmələri üçün bir sıra addımlar atılmışdır. Şəxsiyyətin idealları, dünyaya baxışı, düzgün formalaşması mənəvi fəaliyyətdə üzə çıxır- həyatda hansı mövqe tutması, öz həyatını, asudə vaxtını necə keçirməsi ilə ölçülür.
Elmi və bədii əsərlərin mütaliəsi, muzey və sərgilərdə olmaq, ekskursiyalara, kino və teatrlara getmək, idman və musiqi ilə məşğul olmaq məktəblilərin asudə vaxtlarının əsas strukturunu təşkil etməlidir.
Xətai rayonu 27 nömrəli tam orta məktəbin müəllimi Gülnar Əhmədova-Zöhrabova rəhbəri olduğu 6a sinfi ilə birlikdə həftənin sonuncu(5-ci) dərs günü dərsdən sonra film saatı keçirərək ,"Ögey ana" filmini izlədilər. Növbəti dərs günü isə filmi müzakirə etdilər.
Əyləncə dolu gündən geriyə qalanlar: