Əhalinin Mülki Müdafiəyə hazırlığı
14 oktyabr 2024 -cü il tarixində Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhəri Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu 27 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.Tədbirdə Mülki Müdafiə idarəsinin Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin şöbə rəisi Elturan Fərzəliyev, Bakı Regional Mərkəzinin Əhalinin Mülki Müdafiəyə hazırlığı şöbəsinin rəisi polkovnik-leytenant Faiq Balakişiyev,
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Çimərliklərin İstismarına Nəzarət şöbəsinin inspektoru kapitan Bəxtiyar Əsədov, Dövlət Yanğına Nəzarət Xidməti, Yanğına qarşı təbliğat şöbəsinin böyük inspektoru polkovnik-leytenant Fərid Həsənov iştirak etmişlər.Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.Birinci və İkinci Qarabağ müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Tədbirin keçirilməsində məqsəd mühafizə sahəsində tədbir iştirakçılarının hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, fövqaladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.Tədbirdə fövqaladə hadisələr zamanı davranış qaydaları,fövqaladə hallardan qorunma ilə bağlı mövcud imkanlar,ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.