Basketbolçu qızımız Mədinə Məmmədli

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 10- cu sinif şagirdi,basketbolçu qızımız Mədinə Məmmədli 10 oktyabr "Four Seasons" otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2024-2025-ci illər mövsümünün başlanması və son basketbol mövsümünün hesabatı ilə bağlı tədbirdə iştirak edib.Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini xanım Mariana Vasileva, Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev, idarə heyətinin üzvləri, federasiyanın əməkdaşları, klub rəhbərləri, nümayəndələri, məşqçilər,basketbolçular və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə FIBA dərəcəli hakim Urfan Bayramlı açıb. O, federasiyanın son mövsümdə gördüyü işlərdən, beynəlxalq arenada qazanılmış uğurlardan və yeni mövsümdə baş tutacaq yeniliklərdən bəhs edib. Daha sonra tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov son illər Azərbaycanda basketbolunun inkişaf dinamikasını xüsusi qeyd edib. Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev də uğurlu fəaliyyət prinsiplərindən və hədəflərdən söz açıb. Sonda jurnalistlər üçün brifinq təşkil olunub. Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 18 oktyabr tarixində start götürəcək

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi