2024-2025-ci tədris ilinin məktəbəhazırlıq qruplarında ilk dərs günü qeyd olunmuşdur.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 2024-2025-ci tədris ilinin məktəbəhazırlıq qruplarında ilk dərs günü qeyd olunmuşdur. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Məktəbə ilk qədəmlərini qoyan bu balaca fidanları, onların valideynlərini, müəllimlərini təbrik edir, hər birinə uğurlar arzulayırıq. Qədəmləriniz xeyirli, uğurlu olsun əziz balalar!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi