2024/2025-ci tədris ilinin Pedaqoji Şura iclası keçirildi.

Xətai rayonu 27 nömrəli tam orta 2024/2025-ci tədris ilinin Pedaqoji Şura iclası keçirildi.

İclasda məktəbin direktoru əvəzi Xatirə xanım Əhmədova pedaqoji heyəti salamladı,Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin 3-29 59/3-2-451F/2024 nömrəli “Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili” barədə əmri və fəaliyyət istiqamətini kollektivin nəzərinə çatdırdı.Daha sonra iclasın gündəliyində olan məsələlər elan edildi.Yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli işlərin tətbiqi, valideynlərlə isin qurulması, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyətin təşkili va digər mövzular barədə geniş müzakirələr aparıldı və müvafiq tövsiyələr verildi.

Təlim tərbiyə işləri üzrə direktor müavinləri 2023/2024-cü tədris ilində görülmüş işlər və qarşıda duran məsələlər, müəllimlərin dərs yükü və dərs cədvəlinin təsdiqi, fənlər üzrə MB rəhbərlərinin təsdiqi, yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri haqqında ətraflı məlumat verdilər.

Daha sonra Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək bilik nümayiş etdirərək məktəbə təyinat almış müəllimlər kollektivə təqdim olundu.

Müəllimləri maraqlandıran suallar cavablandırıldı.

Sonda ATİAHİ Xətai rayon Komitəsi tərəfindən yubilyar müəllimlərə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi