Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Prezident İlham Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Sərəncam haqqında qısa məlumat məktəbin radio qovşağında səsləndirildi. Zəfərə gedən yol,Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi barədə geniş məlumat verildi. Şagirdlərimiz dərin ehtiram və qürur hissi ilə şəhidlərimizi yad etdilər.