"Anım günü"
http://fb.watch/v3mudPo0-2/ 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində həyatını itirən şəhidlərin əziz xatirəsini yad etmək üçün Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il sentyabrın 27-si ölkəmizdə "Anım günü" olaraq qeyd edilir.
44 günlük Vətən müharibəsində 760 təhsil işçisi düşmənə qarşı vuruşub. Onların içərisində məktəbimizin müəllimi Elvin Səlimov da vardır.
20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Məktəbimizin məzunlarından 13 nəfər döyüşlərdə iştirak edərək,orden və medallara layiq görülüb.Məktəbimizin məzunu Hikmət Nəzərli və Rüfət Əliyev şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsi zamanı 10 məktəbli həlak olub, 60 təhsil müəssisəsi dağıntılara məruz qalıb.
Allah şəhidlərimizə rəhmət eləsin.