20 SENTYABR - AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT SUVERENLİYİ GÜNÜDÜR!

20 SENTYABR - AZƏRBAYCAN RESPUBLIKASININ DÖVLƏT SUVERENLİYİ GÜNÜDÜR!

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü təntənəli şəkildə qeyd edildi. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Prezident İlham Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Sərəncam haqqında qısa məlumat məktəbin radio qovşağında səsləndirildi. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi barədə geniş məlumat verildi. Əllərində üçrəngli Azərbaycan bayrağını qürurla dalğalandıran şagirdlərimizin çöhrəsində bu gün qürur, fəxarət, həm də sevinc və fərəh hissi var idi.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Azərbaycan Silahlı Qüvvələrinin zabit və əsgərlərinə eşq olsun!

Suverenliyimiz əbədi olsun!

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi