Gənclər və İdman naziri Fərid Qayıbov

Gənclər və İdman naziri Fərid Qayıbov #İdmanPaytaxtı Quba şəhərində "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb. Görüşdə proqram çərçivəsində "Gənclərin liderlik, idarəetmə və effektivlik simulyasiyası" təşkil edilib.

Xətai rayonu 27 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi,təlimçi Emil Qaybalıyevin də iştirak etdiyi tədbirdə 15 universiteti təmsil edən 30-dan çox gənc, eləcə də idman səfirləri, Azərbaycan İdman Akademiyasının prorektorları iştirak ediblər. Gənclər “Beynəlxalq idman diplomatiyası: Qlobal sülh və inkişaf üçün idmanın rolu”, idman tədbirlərinin və idman diplomatiyasının ölkələrarası münasibətlərə təsiri, konfliktlərin azaldılması və qlobal inkişaf məqsədləri barədə çıxışlar hazırlayıb, müzakirələr aparıblar.

Layihənin məqsədi gənclər arasında idman sahəsi üzrə maarifləndirmənin aparılması, natiqlik, əsaslandırma, təqdimat sahəsində biliklərini artırmaq, onlarda idman vasitəsilə komanda işi, liderlik və əzmkarlıq kimi əsas bacarıqları inkişaf etdirməkdir.

Layihə çərçivəsində 16-18 avqust tarixlərində idman liderliyi, komanda quruculuğu üzrə təlim sessiyaları, enercayzerlər, qrup müzakirələri, rol oyunları, simulyativ xarakterli iclaslar, açılış və bağlanış mərasimi baş tutacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi