“Gənc ekoloqlar“ komandası “Regional İnkişaf”

Xətai rayonu 27 nömrəli tam orta məktəbin

“Gənc ekoloqlar“ komandası “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Sənaye Korporasiyası, ADA Məktəbi, Azərbaycan Mühəndislik Akademiyasi və “AzerGold” QSC-nin dəstəyi ilə “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsində iştirak edir.

Şagirdlərimiz böyük həvəslə məktəbin müəllimi,Kiçik Akademiyanın prezidenti Namiyə Hacıyevanın təşkilatçılığı və rəhbərliyi ilə layihə çərçivəsində müsabiqə üçün təşkil edilən vebinarlara qoşularaq, fəal iştirak edirlər.

Komandamıza “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri”layihəsinin icrasında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi