Azərbaycan millisi Ermənistanı məğlub edib.

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllüttariqdə gerçəkləşən qarşılaşma millimizin qələbəsi ilə bitib - 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 9E sinif şagirdi Mədinə Məmmədovanın da yer aldığı komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi