Xətai rayonu 27 nömrəli tam orta məktəbin artıq 11E sinif şagirdlərinin sonuncu tarix dərsi açıq havada baş tutdu.

Xətai rayonu 27 nömrəli tam orta məktəbin artıq 11E sinif şagirdlərinin sonuncu tarix dərsi açıq havada baş tutdu.Sinif rəhbəri, tarix müəllimi Mehriban Qadaşovanın təşkilatçılığı ilə şagirdlər Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.

Mehriban Qadaşova şagirdlərə tarixi faktlar haqqında ətraflı məlumat verdi.O bildirdi ki,2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilən ,həmin ilin iyul ayından etibarən ümumi sahəsi 514 m2 olan ərazidə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiqat işlərinə başlanılan Quba Soyqırım məzarlığında arxeoloji qazıntılar nəticəsində insan sümükləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilib və 2008-ci ilin sentyabrında tədqiqat işləri başa çatdırılıb.Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu haqqında məlumat verən Mehriban müəllim həmçinin bildirdi ki,ümumi sahəsi 3,5 hektar olan kompleks xatirə abidə, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzindən ibarət 5 hissədən ibarətdir.

Şagirdlər zəngin təəssüratlarla geri döndülər.

+3

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi