2023-2024-cü tədris ilinin yekun Pedaqoji Şura İclası keçirilib.

2023-2024-cü tədris ilinin yekun Pedaqoji Şura İclası keçirilib.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə Fəaliyyət Planına əsasən Pedaqoji Şuranın yekun iclası keçirildi.

İclasın sədri,məktəbin direktoru əvəzi Xatirə xanım Əhmədova pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələləri diqqətə çatdırdı.

Xatirə xanım çıxışında 2023-2024-cü tədris ilinin yekunları, məktəb üzrə Fəaliyyət Planında qoyulmuş hədəflərin yerinə yetirilməsi vəziyyəti, tədris ilinin uğurları,IX-XI sinif şagirdlərinin buraxılış imtahanı nəticələri,I - VIII və X sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi, sinifdə qalanlar, yay-tədris tapşırığı alanlar və s.barədə ətraflı məlumat verdi.

Direktor müavinlərinin, kitabxana müdiri və psixoloqların hesabatları dinlənildi.Hesabatda BŞTİ tərəfindən və məktəbdaxili keçirilən monitorinqlərin nəticələri,həmçinin siniflər üzrə keyfiyyət faizi, II yarımilin yekunları və BSQ nəticələri təhlil olundu.

Cari dərs ili ərzində məktəbdənkənar fəaliyyətin düzgün qurulması, valideynlərlə görülən işlər,həmçinin “Şagird Davranış Qaydaları”na riayət olunması məsələləri müzakirə olundu.

İclasda həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiqlənmiş "Təhsilverənlərin etik davranış qaydaları", məktəb təhlükəsizliyi istiqamətində görülən işlər, bir daha kollektivin diqqətinə çatdırıldı.

İclasın sonunda tədris ili ərzində səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlər məktəbin direktoru tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif olundu.

 

+7

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi