Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş tədbir

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirlər planına əsasən, 03. 06. 2024-cü ildə Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan ədəbi-bədii təfəkkürünün inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkarın yaradıcılıq dünyasına səyahət məqsədlilə “ Füzuli dünyası” adlı ədəbi-bədii gecə təşkil edilmişdir. Tədbirdə rəsmi qonaqlarla yanaşı müxtəlif məktəb rəhbərləri, eləcə də müəllimlər və valideynlər iştirak etmişdir.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbir Məhəmməd Füzulinin yaşadığı tarixi şəxsiyyətlərlə zəngin dövr və onun çoxşaxəli yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etmiş, Məhəmməd Füzulinin “Pənbeyi-daği-cünun içrə nihandır bədənim” qəzəlinin sədaları altında Azərbaycan Bayrağının səhnəyə gəlişi ilə tamamlanmışdır. Tədbir rəsmi qonaqlardan Bakı Şəhəri Təhsil İdarəsinin müavini Hüseyn Əsgərov, Milli Məclisin deputatı Jalə Əhmədova, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayonu İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Mehriban İsrafilovanın və məktəb direktorlarının çıxışı və xatirə şəklinin çəkilməsi ilə sona çatmışdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi