Qəhrəmanlıq-babalardan qalma bir mirasdır
Xətai rayonu 27 saylı tam orta məktəbdə od çərşənbəsi maraqlı bir tədbir ilə yadda qaldı.VII b sinif şagirdləri sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Dilavər Rəşidova ilə birlikdə məktəbin akt zalında "Qəhrəmanlıq-babalardan qalma bir mirasdır"adlı layihə təqdim etdilər. Kurikulum proqramı ilə işləyən siniflərdə ədəbiyyat fənnindən layihələr mövcuddur.Təqdim olunan bu layihələrdə vətənpərvərlik,qəhrəmanlıq,ana,təbiət və s.mövzularda şagirdlərin bilik və bacarıqları yoxlanılır. VIIb sinif şagirdləri layihə çərçivəsində qəhrəmanlıq mövzusunda bədii əsərlərdən şeirlər söylədilər,Koroğlu dastanından səhnə göstərdilər,igidlik və döyüş ruhunda mahnilar ifa etdilər."Milli qəhrəmanlarımız"mövzusunda slaydlarla hazırlanmış məruzə və uşaqların özlərinin hazırladıqları viktorina və krossvord zalda əyləşən müəllim və şagirdlərin marağına səbəb oldu.Tədbirdə həmçinin "Valideyn klubu"nun üzvləri və "Məktəblinin dostları"da iştirak edirdilər. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə d/müavini Ələddin Əliyev və tərbiyə işləri üzrə d/müavini Arzu İbrahimova çıxış edərək tədbirdən böyük zövq aldıqlarını bildirdilər və yaşlarının az olmasına baxmayaraq yüksək bilik və bacarıq nümayiş etdirən şagirdlərə,həmçinin layihə rəhbəri olan Dilavər müəlliməyə təşəkkürlərini bildirdilər.