Elnurun uğurları

Xətai rayonu 27 nömrəli tam orta məktəbin akt zalına yığışan şagirdləri bu gün bir məqsəd,bir amal,bir arzu birləşdirirdi.Öyrənmək,elmin dərinliklərinə baş vurmaq ,gələcəyin qurucusu,düşünən beyni,vətəninə layiqli övlad olmaq arzusu ilə şagirdlərimiz bu gün Elnurun başına toplaşmışdılar.

Bu gün Elnur da həmişəkindən bir az daha fərqli,bir az daha həyəcanlı görünürdü.11 il təhsil aldığı doğma məktəbdə müəllim və şagird dostları qarşısında son hesabatını verirdi.Kiçik yaşlarından etibarən davamlı uğurları Elnuru oxumağa,öyrənməyə,araşdırma aparmağa daha da həvəsləndirdi.

Budur.Artıq 11A sinif şagirdi,informatika üzrə Respublika Fənn Olimpiadasının dəfələrlə qalibi,süni intellekt və tətbiqləri ilə bağlı maraqlı araşdırmalar müəllifi, informatika elmləri üzrə bir neçə beynəlxalq yarış və müsabiqələrdə ölkəmizi uğurla təmsil edib uğur qazanan, hamımızın sevimlisi Elnur Məmmədli bu gün həm fəxrlə,hə qürurla uğurlarından söhbət açır.Onu dəstəkləyən müəllim və valideynlərinin zəhmətini vurğulayır.O artıq 4-cü ildir ki, İnformatika fənni üzrə Respublika Fənn Olimpiadası-RFO qalibidir. Uğurlarını saymaqla bitməz:

1)8-ci sinifdə təhsil alarkən doqquzuncular arasında-bürünc medal III ,

2)9-cu sinifdə qızıl medal I ,

3)10-cu sinifdə gümüş medal II ,

4) 11-ci sinifdə bürünc medal III 

5)Buraxılış imtahanlarında yüksək nəticə…

Uğurları ilə hər il 27 ailəsinə sevinc bəxş edərək bizi və ailəsini fərəhləndirdi.

Bu münasibətlə onu, ailəsini, müəllimlərini təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi