18 may dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Xətai rayonu 27 nömrəli tam orta məktəbin 6c sinif şagirdləri sinif müəllimi Turanə Mirzəyevanın təşkilatçılığı ilə bu münasibətlə Qobustan dövlət tarixi-bədii qoruğunda ekskursiyada oldular.1966-cı ildə yaradılan Qobustan dövlət tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qoruq Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. Burada eləcə də muzey fəaliyyət göstərir.

Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.

Şagirdlər tarixi məkanla,qaya rəsmləri,qaval daşı və interaktiv muzey ilə yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi