“Açıq qapı” günü

Müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məqsədilə _11.05.2024_-cü il tarixində 27 nömrəli tam orta məktəbdə “Açıq qapı” günü təşkil edilmişdir.

 Fikrimizcə, şagirdlərin məktəbə, təhsilə münasibətlərinin yüksələn xətlə inkişafı baxımından əlverişli mühitin yaradılması üçün əsas şərtlərdən biri də valideyn - məktəb əməkdaşlığının olmasıdır. Bugünkü görüş valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərimizdən biridir.

“Açıq qapı” günü çərçivəsində valideynlər bir daha məktəb mühiti ilə daha yaxından tanış olmaq imkanı əldə etdilər. Məktəb rəhbərliyi və müəllimlər olaraq görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verdik.

Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri, iradlarını dinlədik və səmərəli fikir mübadiləsi apardıq.

 Valideynləri müəllimlərlə əks-əlaqədə daha təşəbbüskar olmağa, gələcəyimiz olan bugünkü məktəblilərin sağlam əhvali-ruhiyyədə və inkişafa açıq düşüncə tərzində formalaşmasında mütəmadi əməkdaşlığa dəvət etdik.

#fəalməktəb

#VirtualMəktəb

#MÜTDA

#sağlamtəhsilmühiti

#azeduaz

#valideyn

#müəllim

#şagird

#məktəb27

#təhlükəsiztəhsilmühiti

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi